Namaz Vaxtları Pro - Sizlərə ən gözəl dizaynda Quran, Namaz vaxtları və Kompas təqdim edir.
Quran - Surələri çox rahat bir şəkildə İnternet şəbəkəsi vasitəsilə yükləyə, oxuduğunuz ayələri isə digərləri ilə paylaşa bilərsiniz.
Namaz Vaxtları - Digər proqramlardan fərqli olaraq namaz vaxtı sizin olduğunuz şəhərə və ya rayona görə deyil sizə ən yaxın məscidə görə götürülür. Bu səbəbdən digər proqramlarla 2-5 dəqiqə fərq ola bilər. Namaz vaxtı üçün istəyə uyğun olaraq xəbərdarlıq səsi seçilə, namaz vaxtına nə qədər vaxt qaldığı isə əsas səhifədə görülə bilər.
Kompas - Kompas vasitəsilə siz qiblənin yönünü təyin edə bilərsiniz.
(Telefonunuz kompas tətbiqini dəstəkləmirsə sizin o hissəyə keçidiniz mümkün olmayacaq.)
Ayarlar - Bu hissədə sizə uyğun olaraq Namaz vaxtını dəyişməklə yanaşı, bizlə də əlaqə saxlayaraq təklif və iradlarınızı bildirə bilərsiniz.
Hicri təqvim - Bu hissədə siz İslami bayramların günlərini öyrənə və təqvimi izləyə bilərsiz
Proqramın yeni olmasını nəzərə alaraq yarana biləcək problemlər barədə bizə məlumat vermıyinizi, bizə kömək etməyinizi və proqramı hamımız üçün daha da funksional etməyinizi gözləyirik.